Tanınmış iş adamı oteldə İNTİHAR ETDİ
Çeçenistandan olan keçmiş senator və Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsinin sədr müavini, iş adamı Ömər Cəbrayılov Moskvadakı oteldə intihar edib.
Ajans.az yerli mediaya istinadən xəbər verir ki, onu əvvəlcə yanında tapança ilə oteldə ağır vəziyyətdə naməlum şəxs kimi xəstəxanaya yerləşdiriblər. Hadisə yerinə gələn təhlükəsizlik işçiləri onun şəxsiyyətini müəyyən ediblər.
Qeyd olunur ki, altı il əvvəl, 2020-ci ildə Cəbrayılov artıq oteldə intihara cəhd etmiş, lakin xilas edilmişdi.
Mövzular: