Küveyt vurulan ABŞ qırıcı təyyarəsinin pilotunu SAXLAYIB
Küveytin təhlükəsizlik qüvvələri vurulan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin pilotunu saxlayıb. Hadisə ilə bağlı yayılan görüntülərdə pilotun Küveyt ərazisində nəzarət altına alındığı iddia olunur.
Ajans.az SNN telekanalına istinadən xəbər verir ki, sosial şəbəkələrdə guya Küveyt səmasında vurulan Amerika istehsalı F-15 qırıcısının pilotuna aid olduğu bildirilən videolar yayılıb. Digər kadrlarda pilotun qara rəngli SUV avtomobilinin baqaj hissəsində uzadılmış vəziyyətdə olduğu görünür.
Sözügedən görüntülər ətrafında müzakirələr davam edir. Hadisə ilə bağlı Küveytin rəsmi qurumları və ABŞ tərəfi hələlik açıqlama verməyib.
Mövzular: