Reklam resmi
Reklam resmi

"Qalatasaray" və "Samsunspor" matçı təxirə salındı

\"Qalatasaray\" və \"Samsunspor\" matçı təxirə salındı
İdman

Türkiyə Futbol Federasiyası (TFF) qitəmiqyaslı turnirlərdə ölkəni təmsil edən "Qalatasaray" və "Samsunspor" klublarının ölkə çempionatındakı oyunlarını təxirə salıb.

Ajans.az-ın məlumatına görə, Superliqanın 27-ci turu çərçivəsində 17, 18 və ya 19 mart tarixlərində keçiriləcək planlaşdırılan "Göztəpə" – "Qalatasaray" və "Çaykur Rizespor" – "Samsunspor" qarşılaşmaları daha sonrakı tarixə keçirilib.

Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"la ilk oyununu martın 10-u və ya 11-də İstanbulda, cavab matçını isə 17 və ya 18-də səfərdə oynayacaq.

Mövzular:
"Qalatasaray" "Samsunspor" TFF

Digər Xəbərlər