Reklam resmi
Reklam resmi

İndoneziyada VULKAN PÜSKÜRDÜ

İndoneziyada VULKAN PÜSKÜRDÜ
Dünya

Şərqi Yava əyalətində Semeru dağında yeni vulkan püskürməsi baş verib.

Ajans.az Antara xəbər agentliyinə istinadən xəbər verir ki, vulkanın kraterindən qalxan kül buludu 3 kilometr hündürlüyə çatıb və dəniz səviyyəsindən ümumi hündürlüyü 6 676 metr təşkil edib. Kül buludu yüksək sürətlə cənub-şərq istiqamətinə yayılıb.

İndoneziya Vulkanologiya və Fəlakətlərin Azaldılması Mərkəzi bölgə sakinlərini və turistləri ehtiyatlı olmağa, həmçinin isti lava və püskürmə riskinə görə kraterdən ən azı 5 kilometr uzaqda durmağa çağırıb.

Qeyd edək ki, Semeru dağı İndoneziyada dəniz səviyyəsindən 3 676 metr yüksəklikdə yerləşir, ölkənin dördüncü ən yüksək vulkanı və Yava adasının ən yüksək zirvəsidir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İndoneziya vulkan

Digər Xəbərlər