Reklam resmi
Reklam resmi

Telegram CƏRİMƏLƏNİB

Telegram CƏRİMƏLƏNİB
Dünya

Moskvanın Taqanski Məhkəməsi məşhur mesajlaşma tətbiqi Telegram-ı qadağan olunmuş məlumatları silmədiyinə görə yeddi milyon rubl məbləğində cərimələyib.

Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, platforma qadağan edilmiş məzmunu dəfələrlə silməməkdə təqsirli bilinib. Bildirilib ki, Telegram spirtli içkilər və qeyri-ənənəvi cinsi münasibətlər barədə məlumatlara çıxışı məhdudlaşdırmayıb. Qeyd olunur ki, beynəlxalq LGBT ictimai hərəkatı Rusiyada ekstremist təşkilat kimi tanınıb və fəaliyyəti qadağan edilib.

Nəticədə şirkət barəsində inzibati cərimə tətbiq olunub.

Xatırladaq ki, daha əvvəl də Taqanski Məhkəməsi Telegram-ı 3,8 milyon rubl (84,496.80 AZN)məbləğində cərimələmişdi. Həmin vaxt platformanın ekstremist fəaliyyətə çağırışlar və pornoqrafik materiallar olan məzmunu silmədiyi bildirilmişdi.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Telegram Pavel Durov

Digər Xəbərlər