Reklam resmi
Reklam resmi

Prezident Administrasiyasından külli miqdarda vəsait OĞURLANDI - Bu ölkədə

Prezident Administrasiyasından külli miqdarda vəsait OĞURLANDI - Bu ölkədə
Dünya

Polşa Prezidenti Karol Navrotskinin dəftərxanasının kassasından 500 min zlotidən (təxminən 141 min dollar) çox vəsait oğurlanıb.

Ajans.az xəbər verir ki, bu barədə məlumatı Varşava Dairə Prokurorluğuna istinadən yerli "Gazeta Wyborcza" nəşri yayıb.

Prokuror Pyotr Skiba hadisə ilə bağlı araşdırmaların başladığını bildirib: "Artıq ilk şahidlər dindirilir, dəymiş ziyanın dəqiq məbləği və zərərçəkənlərin sayı müəyyənləşdirilir".

Nəşr istintaq sirrinə istinadən cinayətin digər təfərrüatlarını açıqlamayıb. Lakin məlumatda qeyd olunur ki, oğurluq hadisəsində Prezident Administrasiyasının bir neçə əməkdaşının əli ola bilər.

Hazırda faktla bağlı genişmiqyaslı təhqiqat davam etdirilir.

Mövzular:
Polşa Karol Navrotski Prezident Administrasiyası Varşava Dairə Prokurorluğu

Digər Xəbərlər