İran və Ermənistan yeni birgə hərbi təlimlərə hazırlaşır
İranın İrəvandakı səfiri Xəlil Şirqulami bildirib ki, İran və Ermənistan arasında yeni birgə hərbi təlimlərin keçirilməsi istisna edilmir. Onun sözlərinə görə, bu manevrlər ötən ilin aprel ayında sərhəddə xüsusi təyinatlı qüvvələrin iştirakı ilə keçirilən təlimlərdən daha geniş miqyaslı ola bilər.
Ajans.az Miran Press-ə istinadən xəbər verir ki, İran və Ermənistan arasında hərbi əməkdaşlıq inkişaf edir və tərəflər müdafiə sektorunda yeni sahələr və proqramlar üzərində müzakirələr aparmağa hazırdır. O, ikitərəfli müdafiə əməkdaşlığının sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslandığını qeyd edib.
Bundan başqa, Xəlil Şirqulami İrəvandakı İran səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarına da münasibət bildirib və qeyd edib ki, Ermənistan hakimiyyəti vəziyyətlə bağlı lazımi tədbirləri görüb və proses müvafiq orqanların nəzarəti altındadır.
Mövzular: