Xameneydən SƏRT SÖZLƏR
1982-ci ildə İran prezidenti olan Əli Xameneyinin xarici jurnalistlə müsahibəsindən arxiv görüntüləri yayılıb.
Ajans.az xəbər verir ki,müsahibə zamanı jurnalist bildirib:
“Siz Amerikanın, Sovet İttifaqının, İsrailin və bəzi ərəb ölkələrinin düşmənlərisiniz. Sizin dostunuz kimdir?”Xameneyi bu suala belə cavab verib:
“Qeyd etdiyiniz ölkələr istisna olmaqla, dünyanın bütün ölkələri bizim dostumuz ola bilər.”
Jurnalistin “Cənab Prezident, İranın əsas düşməni kimdir?” sualına isə Xameneyi qısa cavab verib:
“Amerika!”
Qeyd edək ki, sözügedən video 1982-ci ildə yayımlanan Avstraliya televiziya proqramı olan “60 dəqiqə” verilişinə verilmiş müsahibənin bir hissəsidir.
Mövzular: