Reklam resmi
Reklam resmi

Tramp bu SİRLƏRİ AÇIQLAYACAQ

Tramp bu SİRLƏRİ AÇIQLAYACAQ
Dünya

ABŞ prezidenti Donald Tramp Pentaqon katibi Pit Heqsetə hökumət sənədlərini yerdən kənar həyat və naməlum uçan obyektlərlə bağlı açıqlamağı tapşıracağını açıqlayıb.

Ajans.az xəbər verir ki, Tramp bunu TruthSocial sosial media platformasında yazıb.

Prezidentin açıqlamasında deyilir: "Müdafiə nazirinə və müvafiq departamentlərə və agentliklərə yerdən kənar həyat, naməlum hava hadisələri və naməlum uçan obyektlərlə bağlı hökumət sənədlərinin müəyyən edilməsi və yayımlanması prosesinə başlamağı tapşıracağam."

O, həmçinin son dərəcə mürəkkəb, lakin vacib və maraqlı məsələlərlə bağlı digər sənədlərin də yayımlanacağını vurğulayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər