Moskvada metroda PARTLAYIŞ
Moskvada metroda partlayış baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb. Moskva metropoliteninin Bitsevskiy Park stansiyasında partlayışın görüntüləri yayılıb.
İlkin məlumatlara görə, elektrik avadanlığında baş verən qısaqapanma nəticəsində partlayış baş verib.Vaqonlarda olan sərnişinlər digər stansiya xətlərinə köçürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik rəsmi məlumat yoxdur, lakin sərnişinlərin təxliyəsi operativ şəkildə həyata keçirilib. Hadisə yerində fövqəladə xidmətlər və polis əməkdaşları iş aparır.
Bu gönderiyi Instagram'da gör
Mövzular: