Rusiyada nazir SAXLANILDI
Rusiyanın Başqırdıstan Respublikasının mədəniyyət naziri Amina Şafikova saxlanılıb.
Ajans.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Agentliyi məlumatlandıran mənbənin sözlərinə görə, nazir fevralın 18-də saxlanılıb.
Yerli "Telegram" kanallarının məlumatına görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.
Şafikova 2012-ci ildən Başqırdıstanın mədəniyyət naziri vəzifəsində çalışır. O, bundan əvvəl, 2010-cu ildən 2012-ci ilə qədər isə Ufa Dövlət Rəssamlıq Akademiyasına rəhbərlik edib.
Mövzular: