Keçmiş nazir həbs edildi
Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ukraynanın keçmiş energetika və ədliyyə naziri Herman Qaluşşenkoya qarşı qabaqlayıcı tədbir görməyi əmr edib.
Ajans.az xəbər verir ki, o, irimiqyaslı çirkli pulların yuyulması sxemində iştirak etməkdə şübhəli bilinir.
Məhkəmə Qaluşenkoya 60 günlük həbs cəzası verib. Əlavə olaraq, məhkəmə girov məbləğini 200 milyon qrivna (4,6 milyon dollar) olaraq təyin edib.
Qeyd edək ki, o, 2021–2025-ci illərdə Ukraynanın energetika naziri olub. Sonradan isə qısa müddət ədliyyə naziri vəzifəsində çalışıb.
Mövzular: