Reklam resmi
Reklam resmi

Xamenei ABŞ gəmilərini hədələyib

Xamenei ABŞ gəmilərini hədələyib
Dünya

Cenevrədə ABŞ və Iran arasında danışıqların davam etdiyi bir vaxtda İranın Ali Rəhbəri Əli Xamenei ölkənin Şərqi Azərbaycan əyalətinin sakinləri ilə görüş keçirib.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, çıxışı zamanı Xamenei ölkədə baş vermiş etiraz aksiyaları zamanı yaşanan toqquşmalara toxunaraq, İranın “qan tökülməsinə görə yas saxladığını və kədərləndiyini” bildirib.

Bununla yanaşı, o, bölgəyə göndərilən ABŞ hərbi gəmiləri ilə bağlı sərt bəyanatlar səsləndirib. Xamenei ABŞ prezidenti Donald Trump-a işarə edərək deyib ki, “onlar daim ordularının dünyanın ən güclüsü olduğunu bildirirlər. Halbuki, ən güclü ordu belə elə zərbələr ala bilər ki, ayağa qalxa bilməz”.

Ali Rəhbər ABŞ-ın bölgəyə təyyarədaşıyan gəmilər göndərdiyini xatırladaraq əlavə edib: “Bəli, təyyarədaşıyan gəmi təhlükəlidir. Lakin ondan daha təhlükəli olan, onu dənizin dibinə göndərə biləcək silahdır”.

Qeyd edək ki, Vaşinqton və Tehran arasında dolayı danışıqlar İsveçrənin Cenevrə şəhərində davam edir. Tərəflər regional təhlükəsizlik və digər mübahisəli məsələləri müzakirə edirlər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Ali Xamenei İran

Digər Xəbərlər