Reklam resmi
Reklam resmi

Tarixi teatrda DƏHŞƏTLİ YANĞIN

Tarixi teatrda DƏHŞƏTLİ YANĞIN
Dünya

İtaliyanın Napoli şəhərinin mərkəzində baş verən yanğın nəticəsində tarixi Teatro Sannazaronun günbəzi uçub.

Ajans.az ANSA agentliyinə istinadən xəbər verir ki, 1847-ci ildə fəaliyyətə başlayan teatr binasında baş verən yanğın günbəzin çökməsinə səbəb olub. Hadisə nəticəsində yaxınlıqdakı binalara da ziyan dəyib.

Agentliyin məlumatına görə, bir neçə nəfərin dəm qazından zəhərlənməsi faktı qeydə alınıb, lakin xəsarət alan olmayıb. Yanğınsöndürmə briqadaları hadisə yerində işlərini davam etdirir.

Yanğının başvermə səbəbi araşdırılır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Teatro Sannazaro İtaliya

Digər Xəbərlər