Tanınmış prodüser ÖLÜ TAPILDI
İsrail casus serialı “Tehran”ın yaradıcısı və prodüseri Dana Eden Yunanıstanda otel otağında ölü tapılıb. 52 yaşlı İsrailli prodüser serialın yeni mövsümünün çəkilişlərinə nəzarət edərkən vəfat edib; cəsədi Afinadakı otel otağında qardaşı tərəfindən aşkar edilib, qardaşının mesajlarına cavab vermədiyi üçün ölüm faktı müəyyən edilib.
Ajans.az xəbər verir ki,Yunanıstan polisi hadisənin səbəbini araşdırır və ilkin versiyalara görə, ölüm təbii səbəblərlə bağlı ola bilər. Yerli xəbər agentlikləri hazırda hər hansı qanun pozuntusunun əlamətinin olmadığını bildirirlər.
Dana Edenin ortaq sahibi olduğu “Dana & Shula Productions” şirkəti itkidən şoka düşdüklərini açıqlayıb: “Sevimli dostumuzun və tərəfdaşımızın vaxtsız vəfatından şoka düşdük və kədərləndik. Dana beynəlxalq nüfuza malik istedadlı yaradıcı idi.”
Mövzular: