Reklam resmi
Reklam resmi

Avtobus yük avtomobili ilə toqquşub: 10-dan çox ölü var - Bu ölkədə

Avtobus yük avtomobili ilə toqquşub: 10-dan çox ölü  var - Bu ölkədə
Dünya

Pakistanın cənubundakı Sind əyalətinin Xayrpur rayonunda avtobusun yük avtomobili ilə toqquşması nəticəsində azı 11 nəfər həlak olub, daha səkkiz nəfər yaralanıb.

Ajans.az bu barədə "Dawn" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, avtobus Bahavalpurdan Kəraçi istiqamətində hərəkət edirdi. Bildirilir ki, qəza avtobus sürücüsünün ehtiyatsız davranışı səbəbindən baş verib.

Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar, polis hadisənin baş vermə şəraitini müəyyənləşdirir.

Mövzular:
Pakistan Sind əyaləti Yük avtomobili Qəza

Digər Xəbərlər