Reklam resmi
Reklam resmi

Kubada aviasiya BÖHRANI: doqquz hava limanı RİSK ALTINDA

Kubada aviasiya BÖHRANI:  doqquz hava limanı RİSK ALTINDA
Dünya

Enerji böhranının dərinləşməsi fonunda Kuba hakimiyyəti aviaşirkətləri təyyarə yanacağı çatışmazlığı ilə bağlı məlumatlandırıb.

Ajans.az Efe xəbər agentliyinə istinadən xəbər verir ki, ölkədə aviasiya yanacağı ehtiyatları yaxın 24 saat ərzində tükənə bilər.

Havanadakı Xose Marti Beynəlxalq Hava Limanı tərəfindən yayımlanan NOTAM bildirişinə əsasən, Kubanın doqquz beynəlxalq hava limanı 10 fevraldan 11 martadək Jet A-1 aviasiya yanacağı ilə təmin olunmayacaq.

Ciber Cuba portalının məlumatına görə, Havana, Varadero, Sienfuegos, Santa Klara, Kamagüey, Kayo Koko, Holqin, Santyaqo-de-Kuba və Manzanillo hava limanlarında bu yanacaq növü ilə yanacaq doldurmaq mümkün olmayacaq. Qeyd olunur ki, məhdudiyyətlər həm beynəlxalq, həm də bəzi daxili uçuşlara təsir göstərəcək.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Kuba hakimiyyəti hava limanı

Digər Xəbərlər