Reklam resmi
Reklam resmi

Qazaxıstanda DƏHŞƏTLİ HADİSƏ: Ana uşaqlarını beşinci mərtəbədən...

Qazaxıstanda DƏHŞƏTLİ HADİSƏ: Ana uşaqlarını beşinci mərtəbədən...
Dünya

Qazaxıstanın Taraz şəhərində bir ana uşaqlarını beşinci mərtəbənin pəncərəsindən atıb.

Ajans.az xəbər verir ki, hadisə barədə Nur.kz saytı Jambıl Vilayət Polis İdarəsinə istinadən məlumat yayıb.

Uşaqlar 2021 və 2023-cü il təvəllüdlüdür və möcüzə nəticəsində sağ qalıblar. Lakin hər iki uşaq beyin ödemi və qapalı baş xəsarətləri alıb, böyük uşaq əlavə olaraq bud sümüyündə sınıqla xəstəxanaya yerləşdirilib.

Həkimlər uşaqların həyatı uğrunda mübarizə aparır. Qurbanlar artıq baş, sinə və çanaq nahiyələrinin kompüter tomoqrafiyasından keçib və şiş əleyhinə terapiyaya başlayıblar. Böyük uşağın ayaq əməliyyatı üçün də hazırlıqlar görülür.

Hadisə ilə bağlı məhkəməyəqədər araşdırma aparılır. Şübhəli şəxs saxlanılıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Hazırda bir sıra zəruri istintaq hərəkətləri həyata keçirilir. Qadının bu addımı atmasının səbəbləri hələ açıqlanmayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Qazaxıstan hadisə

Digər Xəbərlər