Venesuelalı siyasi məhbus azadlığa buraxıldıqdan sonra QAÇIRILDI
Venesuelalı siyasi məhbus həbsxanadan buraxıldıqdan bir neçə saat sonra qaçırılıb.
Ajans.az xəbər verir ki,Venesuela müxalifət lideri Mariya Korina Maçado bu barədə X sosial media platformasında məlumat verib. Qaçırılan şəxs Xuan Pablo Quanipa onun ən yaxın müttəfiqlərindən biridir.
M.C. Maçado yazıb: “Dörd maşınla gələn mülki geyimli silahlı şəxslər onu zorla apardılar. Biz onun dərhal azadlığa buraxılmasını tələb edirik.”
Venesuela müxalifəti bu hadisəyə görə beynəlxalq ictimaiyyətdən dəstək və müdaxilə tələb edir.
Mövzular: