Kral III Çarlz oğlu ilə DANIŞMIR
Britaniya monarxı III Çarlz və onun varisi Şahzadə Uilyam arasındakı gərginlik pik həddə çatıb.
Ajans.az yerli mediaya istinadən xəbər verir ki, kral və Uels şahzadəsi bir-birinə qarşı “əsl qəzəb” hiss edir və hazırda heç bir ünsiyyət qurmurlar. Cosmopolitan xəbər verir ki, münaqişə Şahzadə Uilyamın atasının Vindzor qəsrində çəkilən “Harmoniyanı tapmaq: Kralın vizyonu” sənədli filminin premyerasını qəsdən görməməzlikdən gəlməsindən sonra daha da dərinləşib.
Saray işçilərindən biri bildirib ki, III Çarlz indi Şahzadə Uilyamla, Şahzadə Harridən daha çox problem yaşayır, çünki Harry emosional və proqnozlaşdırıla biləndirsə, Uilyam hesablayıcı və inadkardır. Mübahisənin əsas səbəbi təsir və güc uğrunda mübarizədir: “Onlar çox oxşar olduqları üçün toqquşurlar. Hər ikisi haqlı olduqlarına inanır və heç biri asanlıqla təslim olmur”, — deyə insayder əlavə edib.
Gərginlik bir müddətdir ki, artır. Dekabr ayında yayılan xəbərlərdə Çarlzın, Uilyamın ömrü boyu taxt-tac gözləyərək hakimiyyəti ələ keçirməsi barədə narazı olduğu bildirilmişdi.