Reklam resmi
Reklam resmi

Tanınmış komediyaçının Rusiyaya girişi QADAĞAN EDİLİB

Tanınmış komediyaçının Rusiyaya girişi QADAĞAN EDİLİB
Dünya

Stend-up komediyaçı Nurlan Saburovun Rusiyaya girişi 50 il müddətinə qadağan edilib.

Ajans.az xəbər verir ki, bu barədə Mash Telegram-kanalı məlumat yayıb.

Nəşrin yazdığına görə, qərar 30 yanvarda qüvvəyə minib. Saburov Dubaydan gəldiyi zaman Moskvanın Vnukovo hava limanında təhlükəsizlik yoxlamaları zamanı saxlanılıb. Mənbə bildirir ki, komediyaçı bileti olmadığı üçün dərhal geri qayıda bilməyib.

Mash qeyd edir ki, Saburovun Rusiyaya girişi həm ölkənin immiqrasiya və vergi qanunlarını pozması, həm də Ukraynadakı xüsusi əməliyyatı tənqid etməsi səbəbindən qadağan edilib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Nurlan Saburov Rusiya

Digər Xəbərlər