ABŞ vitse-prezidentinin Ermənistana səfərinin tarixi açıqlanıb
ABŞ-ın vitse-prezidenti Cey Di Vens (J.D. Vance) fevralın 9-da Ermənistana səfər edəcək. Onun fevralın 10-da Azərbaycana gəlməsi də gözlənilir.
Ajans.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Xəbərlərə görə, ABŞ vitse-prezidentinin səfərinə hazırlıq məqsədilə Amerika nümayəndə heyəti artıq Ermənistana gəlib. Bildirilir ki, nümayəndə heyəti hazırlıq işləri çərçivəsində iki həftə ərzində ölkədə qalacaq.
Mövzular: