Reklam resmi
Reklam resmi

İranda ət sosial mediada SATILIR

İranda ət sosial mediada SATILIR
Dünya

İranda əhalinin alıcılıq qabiliyyətinin azalması fonunda sosial mediada ətin hissə-hissə ödənişlə satılması halları yayılmağa başlayıb.

Ajans.az İran mediasına istinadən xəbər verir ki, ölkədə güzəştli valyutanın ləğvindən və ət məhsullarının qiymətinin kəskin bahalaşmasından sonra bu cür satış forması getdikcə populyarlaşır. Eqtesad Online nəşrinin yazdığına əsasən, sosial şəbəkələrdə yerləşdirilən bəzi elanlarda ətin qiymətinin yarısının əvvəlcədən, qalan hissəsinin isə iki ay və daha uzun müddət ərzində ödənilməsi təklif olunur.

Mütəxəssislər bu tendensiyanı ölkədəki inflyasiya səviyyəsinin artması və əhalinin gündəlik tələbat mallarını almaqda üzləşdiyi çətinliklərlə əlaqələndirirlər.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran etirazlar

Digər Xəbərlər