ABŞ-ın nüfuzlu firmanın rəhbəri Epşteyn sənədləri səbəbindən İSTEFA VERİB
ABŞ-ın aparıcı hüquq firmalarından biri olan Paul Weiss-in rəhbəri Bred Karp, yazışmalarının maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı açıqlanan sənədlərdə yer alması fonunda vəzifəsindən istefa verib.
Ajans.az xəbər verir ki, bu barədə firmanın yaydığı rəsmi açıqlamasında bildirilib:
“Son nəşrlər diqqəti yayındırdı və diqqətin üzərimə yönəlməsinə səbəb oldu. Bu isə firmanın maraqlarına uyğun deyil”.
Mətbuat açıqlamasında qeyd olunur ki, Bred Karp 40 illik peşəkar fəaliyyətinin hamısını Paul Weiss firmasında keçirib və 2008-ci ildən etibarən şirkətin baş icraçı direktoru olub.
Açıqlanan sənədlərə əsasən, Karp Epşteynlə yazışmalarında ona insan alveri ilə bağlı irəli sürülən ittihamlar üzrə hüquqi məsləhətlər verib.
Mövzular: