Reklam resmi
Reklam resmi

Trampın prezidentliyi TƏHLÜKƏDƏ

Trampın prezidentliyi TƏHLÜKƏDƏ
Dünya
509

Jeffri Epşteyn adı dünya siyasətində və elit dairələrdə uzun müddətdir skandal ilə birləşir, və indi bu sənədlərin yayılması yeni bir rezonans yaradıb.

Onun işi ilə bağlı yayılan sənədlərdə, Trampın adı 38 min dəfədən çox hallanıb. Bu məlumatlar ABŞ-də geniş rezonans doğurub və onun impiçment məsələsi kimi müzakirəyə çıxarılacağını bildirirlər.

Ajans.az-a bu barədə siyasi ekspert Taleh Əliyev bildirib ki, hazırda bu sənədlər Tramp üçün hüquqi baxımdan real risk yaratmır.

“ABŞ hakimiyyətində respublikaçıların üstünlüyü, həmçinin qarşıdakı ABŞ-İran gərginliyi kimi faktorlar səbəbindən yaxın gələcəkdə bu məsələ ikinci plana atıla bilər. Hazırda bu, daha çox siyasi təzyiq və rəqiblərin vasitəsi kimi istifadə olunur”, – deyə Taleh Əliyev vurğulayıb.

O əlavə edib ki, demokratlar bu sənədləri Trampa qarşı siyasi alət kimi istifadə edə bilər.

“Mətbuatın, xüsusilə tanınmış xarici media qurumlarının Trampın ifadələrini ixtisarla təqdim etməsi və bu sənədləri geniş tirajlaması, siyasi rəqiblərin ictimai rəy yaratmaq məqsədi daşıyır”, – deyə ekspert bildirib.

O həmçinin qeyd edib ki, Trampın adı sənədlərdə çox hallansa da, yaxın gələcək üçün bu məlumatların ona qarşı real siyasi və hüquqi nəticəsi gözlənilmir.

“Bu, hazırda yalnız təzyiq və siyasi gərginlik vasitəsi kimi istifadə olunur”, – deyə sonda o əlavə edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp Ceffri Epşteyn

Digər Xəbərlər