Reklam resmi
Reklam resmi

Avtobusla yük maşını toqquşub: uşaqlar HƏLAK OLDU

Avtobusla yük maşını toqquşub: uşaqlar HƏLAK OLDU
Dünya

Krasnoyarsk diyarında R-255 “Sibir” federal magistral yolunda PAZ markalı avtobusla yük maşınının toqquşması nəticəsində faciə baş verib. Qəza zamanı beş uşaq ölüb, daha altı nəfər yaralanıb.

Ajans.az TASS-a istinadən xəbər verir ki, həlak olanların yaşı təxminən 16–17 arasındadır. Yaralananlar arasında da azyaşlıların olduğu bildirilir.

Mənbənin məlumatına əsasən, avtobusda ümumilikdə 13 nəfər olub, onlardan 11-i yeniyetmədir.

Hazırda qəzanın başvermə səbəbləri və dəqiq şəraiti araşdırılır. Polis və təcili yardım xidmətləri hadisə yerində işləyir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Krasnoyarsk diyarı qəza

Digər Xəbərlər