Reklam resmi
Reklam resmi

10 polis əməkdaşı ÖLDÜ- bu ölkədə

10 polis əməkdaşı ÖLDÜ- bu ölkədə
Dünya
2844

Pakistanın Bəlucistan vilayətində separatçıların hücumu nəticəsində 10 polis həlak olub.

Ajans.az Pakistan mediasına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri tərəfindən görülən əks-tədbirlər nəticəsində 37 terrorçu zərərsizləşdirilib.

Hücumlar Bəlucistan vilayətinin 12 bölgəsində koordinasiyalı şəkildə həyata keçirilib.

Pakistanın təhlükəsizlik qüvvələri terrorçuların aşkarlanaraq zərərsizləşdirilməsi ilə bağlı tədbirləri davam etdirir.

“AFP”-yə verilən məlumata görə, hücumlar silahlı şəxslər və kamikadzelər tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Bəlucistan Azadlıq Ordusu adlı separatçı qruplaşma sözügedən vilayətdə mütəmadi olaraq terror hücumları həyata keçirir.

Mövzular:
Pakistan 10 polis əməkdaşı

Digər Xəbərlər