Reklam resmi
Reklam resmi

İranın daxili işlər naziri və Baş prokuroruna SANKSİYA

İranın daxili işlər naziri və Baş prokuroruna SANKSİYA
Dünya

Avropa İttifaqı Şurası İranın daxili işlər naziri Eskəndər Momeni, Baş prokuror Mohəmməd Movəhhedi Azad və SEPAH-ın bölgələr üzrə komandirlərinə sanksiya tətbiq edib.

Ajans.az Avropa İttifaqının saytına istinadən xəbər verir ki, 15 şəxs və 6 qurum sanksiyaya məruz qalıb.

Məlumata görə, sanksiyalar son etiraz aksiyaları zamanı “İranda insan haqlarının ciddi şəkildə pozulması halları” ilə əsaslandırılıb.

Rusiyaya hərbi yardıma görə isə əlavə olaraq 4 şəxs və 6 quruma sanksiya tətbiq edilib.

Mövzular:
Avropa İttifaqı

Digər Xəbərlər