İrana XƏBƏRDARLIQ
İran Ordusunun Baş Komandanının müavini, kontr-admiral Həbibullah Səyyari bildirib ki, ABŞ-ın İrana qarşı atacağı istənilən hərbi addım Vaşinqton üçün ciddi itkilərlə nəticələnəcək.
Ajans.az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, Səyyari qeyd edib ki, İran Silahlı Qüvvələri potensial təhlükələrə cavab vermək imkanlarına malikdir.
“Düşmənə zərər vurmaq imkanlarımız var və onlar istənilən macəranın ağır nəticələrə səbəb olacağını çox yaxşı anlayırlar”, – deyə o vurğulayıb.Kontr-admiral əlavə edib ki, ABŞ Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərilməsi ilə bağlı bəyanatlarla İslam Respublikasına təzyiq göstərməyə çalışır. Bununla belə, İran ordusu ölkənin ərazi bütövlüyünü, müstəqilliyini və siyasi quruluşunu qorumağa tam hazırdır.
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp böyük Amerika hərbi qüvvələrinin İrana yaxın bölgələrə yerləşdirildiyini bəyan edərək Tehranın razılığa gələcəyinə ümid etdiyini açıqlamışdı.
Mövzular: