Reklam resmi
Reklam resmi

Tramp Makronu ƏLƏ SALDI

Tramp Makronu ƏLƏ SALDI
Dünya

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Davosda keçirilən Dünya İqtisadi Forumunda tünd eynəklə görünməsini istehza ilə şərh edib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti yazıb.

Tramp Ayova ştatında çıxışı zamanı Makronun görünüşünə toxunaraq bildirib: “Bir gün əvvəl onun eynəyi ilə bağlı bu nə məsələ idi? Bu nə idi axı?”

Məlumata görə, Fransa Prezidenti foruma gözündə damar partlaması səbəbindən tünd eynəklə qatılıb. Tramp çıxışı zamanı Makronun tədbirdə bu formada görünməsinin səbəbi ilə maraqlansa da, sualına cavab almayıb.

Qeyd edək ki, Emmanuel Makron yanvarın 15-də Fransanın İstres şəhərində hərbçilərlə görüşü zamanı gözündəki damar partlaması ilə bağlı açıqlama verib. O, görünüşünə görə üzr istəyərək, vəziyyətin ciddi olmadığını vurğulayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Donald Tramp Emmanuel Makron

Digər Xəbərlər