Reklam resmi
Reklam resmi

Amerikalı tennisçi məğlub olduqdan sonra raketkasını sındırıb

Amerikalı tennisçi məğlub olduqdan sonra raketkasını sındırıb
Dünya

Dünya reytinqinin 3-cü qadın tennisçisi amerikalı Kori Qauff Avstraliya Açıq Çempionatında məğlub olduqdan sonra raketkasını darmadağın edib.

Ajans.az RBC-yə istinadən xəbər verir ki, 21 yaşlı Qauff dörddəbir finalda ukraynalı Elina Svitolinaya 6:1, 6:2 hesabı ilə məğlub olub.

Matçdan sonra Qauff raketkasını bir neçə dəfə çırparaq sındırıb.

Qauff ardıcıl ikinci il Avstraliya Açıq Çempionatının dörddəbir finalında uduzub və ən yaxşı nəticəsi 2024-cü ildə yarımfinala vəsiqə qazanması olub. Amerikalı, həmçinin ABŞ Açıq Çempionatlarında (2023) və Rolan Qarros (2025) qələbə qazanıb.

Mövzular:
Kori Qauff Avstraliya

Digər Xəbərlər