Reklam resmi
Reklam resmi

Rusiya milli komandasının sabiq baş məşqçisi VƏFAT ETDİ

Rusiya milli komandasının sabiq baş məşqçisi VƏFAT ETDİ
Dünya

Rusiya milli futbol komandasının keçmiş baş məşqçisi Boris İqnatyev 85 yaşında dünyasını dəyişib.

Ajans.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə onun dul arvadı İrina İqnatyeva yanvarın 27-də məlumat verib.

“Təəssüf ki, Boris Petroviç vəfat edib. Görünür, bu, xərçəng və ürək problemləri ilə bağlıdır”, – deyə İqnatyeva bildirib. Onun sözlərinə görə, keçmiş məşqçinin dəfn tarixi hələ müəyyən olunmayıb.

Boris İqnatyev 1996–1998-ci illərdə Rusiya milli komandasını çalışdırıb, 1992–1996-cı illərdə isə komandanın məşqçilər heyətində, Pavel Sadırin və Oleq Romantsevin köməkçisi kimi fəaliyyət göstərib.

O, “Spartak”ın gənclər komandasının yetirməsi olub və futbolçu karyerasında “Volqa Qorki”, “Dinamo Moskva”, Mahaçqala klubları və “Meteor Jukovski” kimi komandaları təmsil edib. Məşqçilik karyerasına 1973-cü ildə “Torpedo”da başlayan İqnatyev, həmçinin SSRİ gənclər və Olimpiya komandalarında çalışıb, Rusiya, Səudiyyə Ərəbistanı, Çin və BƏƏ klublarında məşqçilik edib. O, uzun illər Yuri Seminlə birlikdə Kiyev “Dinamo”su və Moskva “Lokomotiv”ində əməkdaşlıq edib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya milli komandası Boris İqnatyev

Digər Xəbərlər