Kamçatkada ZƏLZƏLƏ
Rusiyanın Kamçatka yarımadasında 5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar bölgə sakinləri tərəfindən təxminən 2 bal gücündə hiss olunub.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka şöbəsi TASS agentliyinə məlumat verib.
“Seysmik hadisənin gücü 5 bal təşkil edib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 143 kilometr məsafədə, ocağı isə 58 kilometr dərinlikdə yerləşib”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, sunami təhlükəsi elan edilməyib. Bölgə sakinləri zəlzələni zəif, təxminən 2 bal gücündə hiss ediblər.
Mövzular: