Fabrikdə DƏHŞƏTLİ PARTLAYIŞ
Hadisə Hindistanın mərkəzində yerləşən Çhattisqarh əyalətində qeydə alınıb.
Ajans.az Press Trust of India agentliyinə istinadən xəbər verir ki, Balodabazar rayonunda yerləşən Real İspat metal emalı zavodunda partlayış baş verib. Nəticədə azı altı işçi ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hazırda hadisə yerində xilasetmə və axtarış işləri davam etdirilir. Partlayışın dəqiq səbəbləri araşdırılır.
Mövzular: