Reklam resmi
Reklam resmi

Donald Tramp: “Mən diktatoram”

Donald Tramp: “Mən diktatoram”
Dünya

ABŞ Prezidenti Donald Tramp diktatorların faydalılığı barədə danışıb və özünü diktator adlandırıb.

Ajans.az xəbər verir ki, Trampın bu açıqlamasının videosu Ağ Evin rəsmi YouTube kanalında yayımlanıb.

“Çıxışımız çox yaxşı alındı, təriflər eşitdik. İnanıram ki, adətən deyirlər: o (Tramp – red.) dəhşətli diktatordur. Mən diktatoram. Amma bəzən diktator lazımdır. Bu dəfə isə bunu demədilər”, – deyə ABŞ Prezidenti Davosda keçirilən Dünya İqtisadi Forumundakı (WEF) çıxışını şərh edərkən bildirib.

Donald Tramp WEF-də səsləndirdiyi fikirlərin sağlam düşüncəyə əsaslandığını da vurğulayıb.

“Dediklərimin hamısı sağlam düşüncəyə söykənir. Bunun mühafizəkarlıqla, liberalizmlə və ya hər hansı digər ideologiya ilə heç bir əlaqəsi yoxdur”, – deyə Ağ Ev rəhbəri qeyd edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər