Reklam resmi
Reklam resmi

Tramp Avropa ölkələrini HƏDƏLƏDİ

Tramp Avropa ölkələrini HƏDƏLƏDİ
Dünya

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı ilhaq etməklə bağlı açıqlamalarına qarşı çıxan Avropa ölkələrinə gömrük rüsumları tətbiq edilməsi ilə hədəsini yenidən gündəmə gətirib.

Ajans.az xəbər verir ki, NBC televiziyasına müsahibə verən Tramp əlavə vergi təhdidinin “yüz faiz” ciddi olduğunu bildirib.

Qrenlandiya üzərində nəzarəti təmin etmək üçün hərbi gücdən istifadə edib-etməyəcəyi ilə bağlı suala isə Tramp “Şərh yoxdur” cavabını verib.

ABŞ Prezidenti həmçinin Avropanın diqqətini Rusiya–Ukrayna müharibəsinə yönəltməli olduğunu vurğulayıb.

author picture
Zərif Sofiyeva
Mövzular:
Donald Tramp Hədə Avropa ölkələri

Digər Xəbərlər