Reklam resmi
Reklam resmi

İsrail Livana zərbələr ENDİRDİ

İsrail Livana zərbələr ENDİRDİ
Dünya

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı bir sıra hədəflərə zərbə endirib. İsrail hökuməti Hizbullahı atəşkəsi pozmaqda ittiham edərək daha çox hücumla hədələyib.

Ajans.az Livan dövlət xəbər agentliyi NNA-ya istinadən xəbər verir ki, İsrail təyyarələri Livanın cənubunda Ənsar və Zarariye şəhərləri arasındakı əraziyə, eləcə də Serire və Baruz şəhərləri yaxınlığındakı Litani çayına hava zərbələri endirib. Həmçinin Basaliya, Kafr Malki və Mahmudiya şəhərləri ilə Luveyza yaxınlığındakı Şetta çayına hücumlar həyata keçirilib. Sosial mediada paylaşılan video və fotolarda təsirlənmiş ərazilərdən qalxan tüstü görünür.

Livan hakimiyyəti hələ hücumlarla bağlı rəsmi açıqlama verməyib və itkilər barədə məlumat yoxdur.

İsrail ordusunun mətbuat xidməti bildirir ki, vurulan hədəflər arasında Hizbullahın təlim düşərgələri, silah anbarları və yeraltı tunellər, raket atış məntəqələri və digər hərbi obyektlər olub. İsrail Hizbullahı atəşkəsi pozmaqda ittiham edərək növbəti hücumlarla hədələyib.

27 noyabr 2024-cü ildə imzalanmış atəşkəs müqaviləsinə baxmayaraq, İsrail Livana hücumlarını davam etdirir.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Livan

Digər Xəbərlər