Reklam resmi
Reklam resmi

Lukaşenko: “Tramp niyyətlərini gizlətmir, amma biz nədənsə qorxuruq”

Lukaşenko: “Tramp niyyətlərini gizlətmir, amma biz nədənsə qorxuruq”
Dünya

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampın xarici siyasət prioritetlərini açıq şəkildə ifadə etdiyini bildirib. Onun sözlərinə görə, Tramp niyyətlərini gizlətmir və məqsədlərini birbaşa dilə gətirir.

Ajans.az RİA Novosti-yə istinadən xəbər verir ki, Lukaşenko bu fikirləri bazar ertəsi Minskdə Kirov vilayətinin qubernatoru Aleksandr Sokolovla görüşü zamanı səsləndirib.

“Baxın, o, açıq şəkildə deyir: ‘Bizə Venesuela lazımdır, çünki orada neft var. Bizə Qrenlandiya lazımdır, çünki nadir torpaq metalları, neft və qaz var – bütün bunlar müdafiə üçün vacibdir’. O, bunu gizlətmir, açıq deyir”, – deyə Belarus lideri qeyd edib.

Lukaşenkonun sözlərinə görə, bu cür birbaşa açıqlamalar klassik diplomatiya üçün xarakterik deyil. O bildirib ki, adətən belə hallarda rəsmi səbəblər kimi başqa arqumentlər irəli sürülür: “Adətən neftdən danışmırlar, deyirlər ki, orada narkotik kartelləri var və onlarla mübarizə aparırlar. Amma o, açıq deyir: ona neft lazımdır”.

Belarus Prezidenti əlavə edib ki, Trampın ritorikası Avropaya da açıq mesajlar verir və bu vəziyyətə həddindən artıq qorxu ilə yanaşmağın mənasız olduğunu vurğulayıb: “Və biz nədənsə qorxuruq. Nədən qorxmalıyıq?” – deyə Lukaşenko bildirib.

Начало формы

 

Конец формы

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Aleksandr Lukaşenko Donald Tramp

Digər Xəbərlər