İranın küçələrində gərgin vəziyyət
İranda bir neçə gün davam edən etirazlardan sonra Çaharmahal və Bəxtiyari əyalətinin Lordegan şəhərindən video görüntülər yayılıb.
Ajans.az Azad İran teleqram kanalına istinadən xəbər verir ki,görüntülərdə etirazçılara qarşı odlu silahların istifadə edildiyi güllə gilizləri və küçələrdə yaranan gərgin vəziyyət əks olunub. Şahidlərin verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri etirazları zorakılıqla dağıdıb, nəticədə şəhərdə qorxu və xaos yaranıb.
Etirazçılar “Xameneiyə ölüm!” və “Şərəfsiz, şərəfsiz!” kimi şüarlar səsləndiriblər.
Hadisə ilə bağlı beynəlxalq ictimaiyyət narahatlığını ifadə edib və vəziyyəti yaxından izləyir.
Mövzular: