ABŞ-nin qırıcı təyyarəsi Yaponiya sahillərində İTİB
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35A qırıcı təyyarəsi 16 yanvar tarixində Yaponiya sahillərində, Aomori şəhəri yaxınlığında radar ekranlarından yoxa çıxıb. Hadisə qəza siqnalı göndərildikdən sonra baş verib.
Ajans.az Flightradar24-ə istinadən xəbər verir ki,təyyarə Lockheed Martin F-35A Lightning II modeli olub və Yaponiya dənizinin şimalından uçaraq Aomoridən cənubda şərq istiqamətinə hərəkət edib, sonra isə şimal-şərq istiqamətinə yönəlmişdi.
Bakı vaxtı ilə təxminən saat 07:09-da qırıcı radarlardan itib. Yoxa çıxmazdan əvvəl təyyarə təcili vəziyyəti bildirmək üçün istifadə edilən 7700 kodunu ötürüb.
Hadisənin səbəbi və ekipajın taleyi ilə bağlı hələlik məlumat verilməyib.
Mövzular: