Reklam resmi
Reklam resmi

Tramp İrana ZƏRBƏ ENDİRƏCƏK

Tramp İrana ZƏRBƏ ENDİRƏCƏK
Dünya

ABŞ Prezidenti Donald Tramp İranla uzunmüddətli müharibəyə qarşı olduğunu vurğulasa da, lazım gələrsə, İslam Respublikasına sürətli və qətiyyətli zərbə endirməyə hazırdır.

Ajans.az xəbər verir ki,bu barədə NBC mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Tramp bunu milli təhlükəsizlik komandasına bildirib. Lakin Ağ Ev müşavirləri ABŞ-ın Tehranda tək bir hərbi zərbə ilə “rejimi devirməyə” qadir olduğuna şübhə ilə yanaşırlar. Eyni zamanda, müşavirlər regionda amerikalıların lazım gələrsə potensial İranın aqressiv cavabına qarşı kifayət qədər qüvvəyə malik olub-olmadığından əmin deyillər.

İranın daxili sabitliyi son aylarda ciddi sınaqlarla üzləşib. 29 dekabr 2025-ci ildə İran rialının kəskin şəkildə dəyər itirməsi nəticəsində tacirlər Tehranda etiraz aksiyalarına başlayıblar. 30 dekabrda tələbələr də iğtişaşlara qoşulub və etirazlar bir sıra böyük şəhərlərə yayıldı.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran etirazlar

Digər Xəbərlər