Avropa Parlamenti İrana qarşı yeni sanksiyaların tətbiqini tələb edib
Avropa Parlamentinin prezidenti Roberta Metsola bildirib ki, Avropa Parlamenti (AP) İrana qarşı əlavə sanksiyaların tətbiqini tələb edir.
Ajans.az xəbər verir ki, bir gün əvvəl diplomatların və digər İran nümayəndələrinin Brüsseldəki AP binalarına girişinə qadağa qoyulub. AP prezidenti Politico nəşrinə açıqlamasında deyib:
“Avropa tez bir zamanda hərəkət etməlidir. Buna görə də Avropa Parlamenti yeni sanksiyalar və qətiyyətli AB tədbirlərinin tətbiqini tələb edir. Biz gələcəkdə AB səviyyəsində görüləcək hər hansı tədbirləri dəstəkləyəcəyik.”
AP rəhbərinin açıqlaması İranda davam edən etirazlar və insan haqları pozuntularına qarşı Avropanın daha sərt mövqe tutmaq niyyətini əks etdirir.
Mövzular: