Reklam resmi
Reklam resmi

Tarixi devalvasiya: İran rialı dəyərini sürətlə itirir

Tarixi devalvasiya: İran rialı dəyərini sürətlə itirir
Dünya

İranın milli valyutası rial tarixində ən dərin maliyyə böhranlarından birini yaşayır. Uzun illərdir davam edən beynəlxalq sanksiyalar, yüksək inflyasiya və neft ixracına tətbiq edilən məhdudiyyətlər nəticəsində rialın ABŞ dolları və avro qarşısında dəyəri faktiki olaraq kəskin şəkildə zəifləyib.

Ajans.az xəbər verir ki,iqtisadi vəziyyətin pisləşməsi ölkədə sosial gərginliyi daha da artırır. Məlumata görə, 28 dekabr 2025-ci ildən etibarən rialın sürətli ucuzlaşması fonunda etirazlar yenidən alovlanıb. Bu proses yüzlərlə insanın ölümü və minlərlə vətəndaşın həbs edilməsi ilə nəticələnib.

Valyutanın rekord səviyyədə dəyərdən düşməsi inflyasiyanın daha da yüksəlməsinə səbəb olub. Ərzaq məhsulları və əsas istehlak mallarının qiymətlərində ciddi artım müşahidə olunur ki, bu da əhalinin gündəlik həyatını son dərəcə çətinləşdirir.

Analitiklər bildirirlər ki, mövcud iqtisadi və siyasi şərait dəyişmədiyi təqdirdə rialın vəziyyətinin yaxın dövrdə stabilləşməsi real görünmür.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran etirazlar

Digər Xəbərlər