Reklam resmi
Reklam resmi

Zelenski farsca paylaşım edib

Zelenski farsca paylaşım edib
Dünya

Ukrayna Prezidenti Vladimir Zelenski İranda baş verən etirazlara dəstək məqsədilə fars dilində ilk paylaşımını “X” sosial şəbəkəsində edib.

Ajans.az xəbər verir ki, hazırda İranda müşahidə olunan kütləvi etirazlar əslində üsyan xarakteri daşıyır. Onun sözlərinə görə, bu proseslər Rusiya üçün də vəziyyətin artıq asan olmayacağına dair açıq siqnaldır.

Ukrayna lideri vurğulayıb ki, dünyada hər bir adi insan İran xalqının nəhayət ki, uzun illər həm ölkə daxilində, həm də Ukrayna və digər dövlətlərə qarşı çoxlu əzablar gətirmiş mövcud rejimdən azad olmaq şansı qazanmasını istəyir.

“Dünyanın dəyişikliyin mümkün olduğu bu anı əldən verməməsi vacibdir. Hər bir lider, hər bir ölkə və beynəlxalq təşkilat indi hərəkətə keçməli və İranın hazırkı vəziyyətinə görə məsul olanların aradan qaldırılması üçün insanlara kömək etməlidir”, – deyə Zelenski bildirib.

O əlavə edib ki, İran uzun müddət məhz bu cür vəziyyətdə olub, halbuki hər şey fərqli ola bilərdi.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Vladimir Zelenski İran

Digər Xəbərlər