Hərbi vəziyyətin müddəti UZADILDI- Bu ölkədə
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkə ərazisində hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün uzadılmasını nəzərdə tutan qanun layihələri təqdim edib.
Ajans.az xəbər verir ki,sənədlərdə xüsusi hüquqi rejimin 3 fevral 2026-cı ildən 3 may 2026-cı ilədək qüvvədə qalması təklif olunur.
Qanun layihələri parlament tərəfindən təsdiqlənərsə, bu, 2022-ci ilin fevralında tammiqyaslı hərbi əməliyyatların başlanmasından bəri hərbi vəziyyət və səfərbərlik tədbirlərinin 18-ci dəfə uzadılması olacaq.
Mövzular: