Reklam resmi
Reklam resmi

Zelenski yeni əməliyyatların hazırlandığını açıqlayıb

Zelenski  yeni əməliyyatların hazırlandığını açıqlayıb
Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Rusiyaya qarşı yeni əməliyyatlar hazırladığını açıqlayıb.

Ajans.az xəbər verir ki, Zelenski bu barədə UTX-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən Yevgeni Xmara ilə görüşdən sonra məlumat verib.

“Yeni əməliyyatlar da razılaşdırılıb”, – deyə Zelenski “Telegram” kanalında yazıb.

Ukrayna lideri mümkün əməliyyatların detalları barədə əlavə məlumat verməyib.

Mövzular:
Ukrayna Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidməti Rusiya

Digər Xəbərlər