Daha bir aviaşirkət İrana uçuşları ləğv edib
Dubay ilə Tehran, Şiraz və Məşhəd də daxil olmaqla bir neçə İran şəhəri arasında cümə günü planlaşdırılan ən azı 17 flydubai reysi ləğv edilib.
Ajans.az xəbər verir ki,bu barədə Əl-Ərəbiyyə Dubay hava limanının məlumatlarına istinadən xəbər yayıb.
Uçuşların ləğv edilməsinin rəsmi səbəbi açıqlanmayıb. Lakin ehtimal olunur ki, bu qərar İranda artan etirazlar fonunda internet xidmətinin kəsilməsi ilə əlaqədar ola bilər.
Bundan əlavə, Həməd Beynəlxalq Hava Limanının rəsmi saytında yer alan məlumata görə, cümə günü Qətərin Doha şəhəri ilə Tehran arasında planlaşdırılan ən azı iki reys də ləğv edilib.
Mövzular: