İranda internet MƏHDUDLAŞIB
İranda internet fəaliyyəti azı 12 saatdır ki, ciddi şəkildə məhdudlaşdırılıb.
Ajans.az xəbər verir ki,bu barədə beynəlxalq internet monitorinq xidməti NetBlocks özünün Telegram kanalında məlumat yayıb.
Hesabatda bildirilir ki, ölkə üzrə internetə qoşulma səviyyəsi normanın təxminən 1 faizinədək düşüb. “İran 12 saatdır faktiki olaraq internetdən kənardadır”, – deyə NetBlocks-un açıqlamasında qeyd olunub.
Məlumata görə, İran rəsmiləri internetlə bağlı hər hansı planlaşdırılmış məhdudiyyət və ya texniki işlər barədə əvvəlcədən açıqlama verməyiblər. İnternetin kəsilməsi səbəbləri ilə bağlı rəsmi mövqe hələlik açıqlanmayıb.
Mövzular: