Reklam resmi
Reklam resmi

ABŞ İrana sərt zərbə ENDİRƏCƏK

ABŞ İrana sərt zərbə ENDİRƏCƏK
Dünya

ABŞ prezidenti Donald Tramp etirazçıların öldürüləcəyi təqdirdə Vaşinqtonun Tehrana qarşı sərt tədbirlər görəcəyini bildirib.

Ajans.az xəbər verir ki,Tramp bu barədə Salem News kanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, belə bir hal baş verərsə, ABŞ İrana ciddi zərbə endirəcək və Tehran bunun ağır bədəlini ödəyəcək.

“Əgər etirazçılar orada öldürülərsə, Vaşinqton İrana qarşı çox sərt addımlar atacaq və İran bunun nəticələrini ağır şəkildə hiss edəcək”, – deyə ABŞ prezidenti qeyd edib.

Qeyd edək ki, hazırda İranda etiraz aksiyaları davam edir. ABŞ-ın maliyyə naziri isə daha əvvəl İran iqtisadiyyatının çökmək üzrə olduğunu açıqlamışdı.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ İran

Digər Xəbərlər