Reklam resmi
Reklam resmi

Norveç Danimarka ilə birləşəcək?

Norveç Danimarka ilə birləşəcək?
Dünya

Norveç Baş naziri Yonas Qar Störe bildirib ki, ABŞ-ın Qrenlandiyaya iddiaları qarşısında krallığın Danimarka ilə birləşməsinin vaxtı gəlib çatıb.

Ajans.az NRK telekanalına istinadən xəbər verir ki, Störe deyib:

"İndi Danimarka ilə birləşməyin vaxtıdır… [Danimarka Baş naziri] Mette Frederiksenin mənə dediyi son söz: 'İndi bu, ciddidir, Yonas' olub."

Xəbər yayımçısının məlumatına görə, Norveç Baş naziri 6 yanvar tarixində Parisdə danimarkalı həmkarı ilə görüşüb və vəziyyəti müzakirə edib.

Qeyd edək ki, daha əvvəl Ağ Evin mətbuat katibi Kerolin Livitt ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı alma imkanını diqqətlə nəzərdən keçirdiyini açıqlamışdı. Livitt bildirib ki, prezident bütün mümkün variantları qiymətləndirir, lakin prioritet diplomatik həll yoludur.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Norveç Danimarka

Digər Xəbərlər